First slide
Sərkisyanın gizli planı: SƏFƏRBƏRLİYƏ HAZIRLIQ - NƏ BAŞ VERƏCƏK?

Ermənistanın Baş naziri Nikol Paşinyan Baş qərargah rəisinin onu istefaya çağırmasının arxasında sabiq prezident Serj Sərkisyanın durduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bununla bağlı məlumat "Sputnik"də yer alıb.

Paytaxt İrəvanda Respublika Meydanında təşkil olunan mitinqdə çıxış edən Paşinyan bunları qeyd edib:

"Baş qərargahdan verilən açıqlama keçmiş hökumətlərin, xüsusən də Serj Sərkisyanın diqtəsi ilə olub. Baş qərargah rəisi bu açıqlama ilə qanunu pozdu və istefa etməlidir. Ancaq bu, o demək deyil ki, gələcəkdə ordu sıralarında qan davası olacaq. Sərkisyan və keçmiş hökumətlər ordunu qanuni hökumətlərə qarşı səfərbər etməyə çalışırlar".

Paşinyan oktyabr ayında parlamentdən yarı prezident sisteminə keçidlə bağlı referendum keçirməyi planlaşdırdıqlarını açıqlayaraq, sözlərinə belə davam edib:

"Oktyabr ayında yeni referendum planlaşdırırq. Yeni hökumət sistemi ölkəmizdəki sabitliyə zəmanət verəcək və daxili böhranların qarşısını alacaq".


01.03.2021 23:04
1448
Loading...