First slide
“Sənin də növbən çatacaq” - Keçmiş ərinin sevgilisini öldürən qadın...

Türkiyənin Konya şəhərində boşandığı ərinin birlikdə yaşadığı deyilən Aynur Süngülünü tapançayla vuraraq öldürən Özləm G. adlı qadın sosial mediada ərinə də mesaj göndərib.

Moderator.az xəbər verir ki, o, ərinin “sənin də növbən çatacaq” yazılı ayaqqabısını sosial şəbəkədə paylaşaraq ərini təhdid edib. Hadisə dünən axşam baş verib. Belə ki, Özləm İstanbulda boşandığı əri Tufanın birlikdə yaşadığı Aynur adlı qadının evinə gəlib. Özləmə qapını Aynurun qızı açıb və o, evə daxil olaraq tapançayla Aynuru vuraraq hadisə yerindən qaçıb. Hadisə yerinə gələn polislər Aynurun öldüyünü təsdiqləyiblər və meyit müayinə olunması üçün morqa aparılıb.

Özləm cinayəti törətmədən öncə isə ərinin “sənə də növbə çatacaq” yazılı ayaqqabısını sosial şəbəkədə paylaşaraq bir gün onu da öldürəcəyini bildirib. Bununla yanaşı, o, “mən bir tək səni sevdim, qızlarına yaxşı bax dedim, canlarım, sizləri çox sevirəm” yazısını paylaşıb. Qeyd edək ki, polis Özləmi həbs etmək üçün axtarışlara başlayıb. 


05.01.2020 12:33
567

Loading...