First slide
​Saxta peyvənd kartından istifadə edənlərə XƏBƏRDARLIQ

Almaniyanın ədliyyə naziri Kristin Lambreçt peyvənd kartları (yaxud pasport) ilə bağlı saxtakarlıq edənlərə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, nazir bildirib ki, burada dələduzluq edənlər insanları riskə məruz qoyur və effektiv mübarizənin qarşısını alır.

“Bu, önəmsiz cinayət deyil. Cərimə, yaxud həbs cəzası ilə nəticələnə bilər”, - deyə Lambreçt bildirib.

Qeyd edək ki, Almaniyada koronavirusa qarşı tam peyvəndlənən insanlar üçün müəyyən məhdudiyyətlər aradan qaldırılıb.

10.05.2021 10:44
5169
Loading...