First slide
Şaron Stoun “Əsas instinkt” filmindəki qonorarını açıqladı

Tanınmış Hollivud ulduzu Şaron Stoun 1992-ci ildə çəkildiyi “Əsas instinkt” filmindəki roluna görə aldığı “çox kiçik” qonorarından danışıb.

“CBC News Canada” telekanalına açıqlama verən məşhur, yazıçı Ketrin Tramel obrazına görə cəmi yarım milyon dollar aldığını və bunun Maykl Duqlasa ödənilən 14 milyon dollarlıq qonorarla müqayisədə çox kiçik olduğunu bildirib.

O, məhz bu filmdən sonra məşhurlaşdığını və xeyli müddət ərzində buna alışa bilmədiyini də qeyd edib.

Filmdə silsilə qatili canlandıran aktrisa bu rolun onda qarışıq hisslər oyatdığını dilə gətirib.

31.05.2021 08:16
4568
Loading...