First slide
Salyanda nə baş verir? - AÇIQLAMA

Salyan rayonunda - 60 saylı Salyan-Neftçala seçki dairəsinin ərazisində tam sakitlikdir.

Bu barədə Pravda.az-a rayon sakinləri məlumat veriblər.

Bildirilib ki, rayonda qarşıdurmanın olması ilə bağlı yayılan xəbərlər həqiqətəuyğun deyil.

“Hər hansı qarşıdurma, xoşagəlməz hal baş verməyib. Daxili İşlər Nazirliyinin xüsusi bölmələri ərazidədir. Hazırda vəziyyət belədir”- rayon sakinləri məlumat deyib.

Xatırlatma: “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu və Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə keçirdiyi “exit poll”un nəticələrinə əsasən Fəzail Ağamalı deputat seçilib.


09.02.2020 22:46
89
Loading...