First slide
Salyanda avtomobillə motosiklet toqquşub: Ölən var

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında, köhnə Ələt-Astara magistral yolunun Arbatan kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü, Salyan şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynov Mübariz Əflatun oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

26.07.2021 11:48
5421
Loading...