First slide
Sabah temperatur 14 dərəcəyədək yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 3-5° isti, gündüz  8-13° isti, Bakıda  gecə 3-5° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi  764 mm civə sütunundan 757 mm civə sütununa  enəcək.

Nisbi rütubət  gecə 65-75 %, gündüz 55-60%  olacaq. 

Fevralın 3-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz oalcaq, gecə və səhər bəzi yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə  1° şaxtadan 4°-dək  isti, gündüz  9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz  1-6° isti  olacaq.

02.02.2020 21:39
12
Loading...