First slide
"Sabah" "Barselona"nın sabiq futbolçusunun keçidini açıqladı

"Sabah" komandası yeni transferi Xuan Kamaranı təqdim edib.

İspaniyalı hücumameylli yarımmüdafiəçi yeni klubunda 17 nömrəli formanı geyinəcək.

Müqavilənin detalları açıqlanmayıb.

Polşa "Yagelloniya"sına məxsus 27 yaşlı vinger icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Xuan Kamara 2014 - 2016-cı illərdə "Barselona"nın əvəzedici, 2016 - 2018-ci illərdə isə əsas komandasında çıxış edib.

08.07.2021 10:42
4204
Loading...