First slide
Rusiya MN-dən Laçındakı su elektrik stansiyası ilə bağlı AÇIQLAMA
Rusiya sülhməramlıları Laçın su elektrik stansiyasının fəaliyyətinin bərpasına kömək ediblər.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində, Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına köməklərini davam etdirirlər.

Əvvəllər əldə olunmuş razılaşmalar nəticəsində Laçın Su Elektrik Stansiyasının turbin salonu Rusiya sülhməramlılarının məsuliyyət zonasında idi və su elektrik stansiyasının bəndi isə Azərbaycanın nəzarətinə keçən ərazidədir.

"Rus sülhməramlı kontingentinin komandanlığının köməyi ilə hidroelektrik stansiyanın istismarı bərpa edildi. Hazırda rus sülhməramlıları elektrik stansiyasının blok və sistemlərində təmir işləri aparmaq üçün enerji mühəndislərinin təhlükəsizliyini və maneəsiz girişini təmin edirlər. Bu, Xankəndi şəhərinə və yaxın yaşayış məntəqələrinə elektrik enerjisi verilməsinə imkan yaradır", - deyə məlumatda qeyd olunub.
25.02.2021 10:31
5281
Loading...