First slide
Rusiya Çinlə sərhədləri bağladı

Rusiya-Çin sərhədindəki keçid məntəqələri bağlanıb.

Publika.az xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin bu barədə sərəncam imzalayıb.

Sərəncam koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tərtib olunub.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb, yoluxanların sayı isə 7 mindən çoxdur. Virus Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

30.01.2020 15:36
54
Loading...