First slide
Rusiya Abxaziyada təlimlərə başladı: 80 mindən artıq...

Rusiya işğal edilmiş Abxaziyada “Qafqaz 2020” çərçivəsində geniş miqyaslı təlimlər keçirir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə 1500-dən artıq hərbçi, 500-dən artıq hərbi texnika və aviasiya cəlb olunub. Təlimlər dağlarda və dəniz sahilində keçirilir.

“Qafqaz 2020” genişmiqyaslı təlimləri 21-26 sentyabr tarixində Cənub hərbi dairəsinin bazalarında, Qara və Xəzər dənizlərinin akvatoriyasında keçiriləcək. Təlimlərə Ermənistan, Belarus, Çin, Myanmar və Pakistan dəvət olunub. Azərbaycan, İndoneziya, İran, Qazaxıstan, Tacikistan və Şri-Lanka isə təlimlərdə müşahidəçi rolunda iştirak edəcək.

Rusiyanın Müdafiə Nazirliyindən bildirirlər ki, ümumilikdə 80 mindən artıq hərbçinin səfərbər edilməsi planlaşdırılır.


22.09.2020 20:53
138

Loading...