Azərbaycan Mərkəzi Bankının yeni yaradılmış İstehlakçılarla İş Departamentinə direktor təyin edilib.
Bu vəzifə Xəyal Vəlixan oğlu Babayevə həvalə olunub.
X.Babayev ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin qudasıdır. X.Babayev bundan öncə ötən il ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının Aparat rəhbəri vəzifəsində çalışıb.(bakupost)