First slide
Ronaldodan təşəkkür

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klubun azarkeşlərinə müraciət edib.

Qol.az xəbər verir ki, o, "İnstaqram" vasitəsi ilə onu klubun ən yaxşı futbolçusu seçən azarkeşlərə təşəkkürünü bildirib:

“Mənə səs verən bütün azarkeşlərə təşəkkür edirəm. Bu mükafatı almaqdan qürur duyuram. Bizi dəstəklədiyiniz və çətin anlarda bizə kömək etdiyiniz üçün hamınız çox sağ olun. Biz yolumuza qayıtdıq və bilirik ki, sizə güvənə bilərik”.

Qeyd edək ki, Ronaldo ötən mövsüm Premyer Liqada 30 matçda 18 qol vurub və 3 qolun ötürməsini verib. O, azarkeşlər tərəfindən "Mançester Yunayted"də 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib.

07.06.2022 12:11
1665
Loading...