Nazirlər Kabineti "Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” qərarında dəyişiklik edib.
Panoram.az xəbər verir ki, "Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli qərarı ilə yaradılmış Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi aşağıdakı redaksiyada müəyyənləşib:
Şuranın sədri
Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
Şuranın sədrinin müavini
Dilqəm Tağıyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
Şuranın məsul katibi
Əminağa Sadıqov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü