First slide
Ramiz Mehdiyev: “Maaşlar cox aşağıdır”

“AMEA-da maaşlar çox aşağıdır və bu da işçilərimizin həyat səviyyəsinə təsir edir”.

Panoram.az azedu.az-a istinadən xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Rəyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.

Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib.

“İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”.

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabat məruzələri ilə çıxış ediblər.

15.01.2020 22:48
1092

Loading...
close
close