First slide
Qurban Qurbanov: "Bu oyun mənim üçün çox vacib idi"

"Maraqlı oyun alındı. Düzü,futbolçular bir az çətinlik çəkirdilər".

Bu fikirləri "Qarabağ"ın baş məqçisi Qurban Qurbanov klubun rəsmi yutub kanalına açıqlamasında Avstriya toplanışında Bolqarıstanın MOİK (Sofiya) komandasını 1:0 hesabı ilə məğlub etdikləri yoxlama matçı barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis matçdan öncə heyətlə bağlı problemlərinin olduğunu bildirib: "Bu, rəqibin Asvtriyada 4-cü oyunu idi. Onların hazırlığı bizdən daha yaxşı idi. Heyətimizdə problemlər var idi. Bəzilərini qoruduq, meydanda onlardan istifadə edə bilmədik".

Qurbanovun sözlərinə görə, bu oyun onun üçün çox vacib idi: "Futbolçuların ilk matçda həm sürəti, həm də mübarizəni hiss etmələrini istəyirdim".

08.07.2021 10:42
7214
Loading...