First slide
Qızın içkisinə dərman atıb, təcavüz etdi - Tələbəsi ilə şantaj gücünə evlənən müəllimin şok cinayəti - FOTO

Sosial mediada, ətrafımızda hər gün yeni bir təcavüz və ya şiddət olayı ilə qarşılaşırıq. Çox təəssüflər olsun ki, qadınlara qarşı dünyanın bir çox yerində şiddət artmaqdadır. Yazıda bəhs edilən olay isə Türkiyədə universitetlərindən birində baş verib.

Ən maraqlısı isə yazının baş "qəhrəmanı" "On Doqquz May Universiteti"nin ədəbiyyat fakültəsinin araşdırmaçısı 30 yaşlı Hidayət V.-dir.

Panoram.az musavat.com-a istinadən bildirir ki, o, 2017-ci ildə tələbəsinin içkisinə yuxu dərmanı ataraq ona təcavüz edib. Müəllim etdiyi bu iyrənc əməli videoya çəkərək, talesiz qızı bununla təhdid etməyə başlayıb.

"Mənimlə evlənməsən..."

Gənc qızı zorlayan və həmin anları videoya çəkən Hidayət V. onu hər gün şantaj etməyə başlayıb. Hidayət V. onunla evlənmədiyi təqdirdə videonu sosial şəbəkələrdə yayacağı ilə bağlı qızı şantaj etməyə başlayıb.

Gənc qız S.V. qorxduğu üçün təcavüz olayını öz valideynlərinə deyə bilmir və təhdidlərdən sonra Hidayət V. ilə evlənməyə razılıq verir.

"Sözcü" qəzetində yer alan bir araşdırmaya görə, qızın ən dəhşətli günləri də məhz bu evlilikdən sonra başlayır.

İddialara görə, Hidayət V. evləndikdən sonra da S.V. ilə zorla cinsi əlaqəyə girirmiş. Hətta bu, gün keçdikcə işgəncə halını almağa başlayır.


12.01.2020 19:09
4