First slide
Qəsrdə yaşamağa hazır olan işçi axtarılır - 5000 dollar maaş...
Şotlandiyanın qəhvə şirkəti "Carlowrie Castle" qəsrində bir həftə yaşamağa hazır olan əməkdaş axtarır.

Bu barədə "Report" "Lonely Planet"ə istinadən bildirir.

Müsabiqə hamı üçün açıqdır. Qalib gələn namizəd 5000 dollar məbləğində maaşdan başqa qəsrin şəxsi qulluqçusunun xidmətlərindən istifadə edəcək.

Burada qalacaq şəxsə gündə 5 dəfə qidalanma vəd verilir. Müsabiqədə qalib gələn şəxs bura özü ilə yaxın adamı gətirə biləcək.

Müsabiqədə iştirakla bağlı anketi dekabrın 21-dək vermək lazımdır.
17.12.2019 08:12
2019

Loading...