First slide
Qattuzo “Napoli”dən getdi

Cennaro Qattuzo “Napoli”nin baş məşqçisi postundan gedib.

Bu barədə “Twitter” hesabında klubun prezidenti Aurelio De Laurentis yazıb.

“Əziz Cennaro, mən xoşbəxtəm ki, bu iki mövsümü səninlə keçirmişəm. Zəhmətinə görə minnətdaram, harada olursan ol, uğur arzulayıram”, - deyə De Laurentis bildirib.

Xatırladaq ki, “Napoli” İtaliya çempionatının son turunda “Verona” ilə heç-heçə etməklə Çempionlar Liqasına getmək şansını əldən verib.

24.05.2021 12:25
6347
Loading...