First slide
Qasım Süleymaninin öldürülmədən öncə yazdığı məktub — ÜZƏ ÇIXDI + FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülmədən bir neçə saat əvvəl yazdığı məktub üzə çıxıb.

"Ölkə.Az" yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Süleymaninin qardaşı açıqlama verib:

"Əlyazma şəhadətindən 2-3 saat əvvələ aiddir. Öldürülməzdən 1 həftə əvvəl birlikdə idik. Bu, son görüşməmiz oldu. Əlyazmanı Suriyada təyyarəyə minməzdən qabaq yazıb.Həmin əlyazma və üzüyünü dünən axşam qızına göndərdilər. Əlyazmadan da görünür ki, şəhid olacağını bilirmiş"

Qeyd edək ki, əlyazmada "Allahım, səni görməyə aşıiqəm, bizləri qəbul et" yazılıb.

05.01.2020 21:11
740

Loading...