First slide
Qasım Süleymaninin cənazəsi İrana gətirildi - VİDA MƏRASİMİ BAŞLADI

İranın Əhvaz şəhərində ABŞ hərbi qüvvələrinin öldürdüyü İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani ilə vida mərasimi başlayıb.

Pravda.az xəbər verir ki, artıq generalın cənazəsi İrana gətirilib. Onunla vida mərasimi daha sonra Məşhəd şəhərində, sabah isə paytaxt Tehranda keçiriləcək.

Yanvarın 7-də isə general doğulduğu Kirman əyalətində dəfn ediləcək.


05.01.2020 11:57
370

close
close