Qarabağda hərbi hissələrdən birində partlayış olub.
Nəticədə separatçı rejimin iki hərbçisi Jirayr Vaçikoviç Matevosyan və Geram Merujanoviç Ovannisyan (hər ikisi 2001-ci il təvəllüdlü) ölüb.
Hadisə 1 dekabrda baş verib. Bildirilir ki, partlayış hərbi hissədən sursatların çıxarılması zamanı meydana gəlib.
Olayla bağlı istintaq aparılır.