First slide
"Qarabağ" bizdən güclü idi" - Antuan Kombuare

"Nant"ın (Fransa) baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirdikləri görüşləri xatırlayıb.

Qol.az tribunenantaise.fr-a istinadən xəbər verir ki, Fransa təmsilçisi 2-ci turda Bakıda Qurban Qurbanovun komandasına uduzub (0:3), 5-ci turda evdə qalib gəlib (2:1). Antuan Kombuare isə Ağdam təmsilçisinin güclü komanda olduğunu və bu görüşlərdə çətinlik çəkdiklərini deyib:

"Qarabağ"la oyunlarda çətinlik yaşadıq. Çünki onlar bizdən güclü idilər. Amma önəmli olan nəticədir. Yaxşı oynadığımız, amma qalib gəlmədiyimiz matçlardan nə isə öyrəndik. Təqdim etdiyimiz işdə irəliləyiş istəyiriksə, aydındır ki, biz daha çox nəzarət etməli, rəqiblərin zəif və güclü tərəflərini bilməliyik. Bunu "Qarabağ"a qarşı görüşdə də gördük.  Diqqətimizi yalnız "Olimpiakos"la matça yönəltmişik. Bazar günü "Reyms"lə çətin səfərə yaxşı hazırlaşmaq üçün "Olimpiakos"a qarşı yaxşı oyun keçirmək istəyirik. Liqa 1-də qalmağımız üçün bu, vacib matçdır".

Qeyd edək ki, "Nant" bu gün son turda "Olimpiakos"la qarşılaşacaq. Aktivində 6 xal olan Fransa klubunun hələ də pley-off şansı qalır. 

03.11.2022 10:37
10351
Loading...