First slide
Qan təzyiqi və damar sərtliyi olanların DİQQƏTİNƏ!

Araşdırmaya görə, 6 ay ərzində gündəlik olaraq qaçmaq damarlarınızı 4 il cavanlaşdırır.

Ürək-damar xəstəlikləri və demans-beyin funksialarının itməsi riskini əhəmiyyətli dərəcədə azaldır.

2020-ci ildə bu yürüşə başlasanız və onu 6 ay ərzində davamlı şəkildə həyata keçirsəniz arteriyalarınız 2016-cı ildəki vəziyyətinə qayıda bilər.

BiG.AZ-ın məlumatına görə, Sherg.az Fransanın “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, Amerika Kardiologiya Kollecinin Jurnalı yazıb. Məqalədə qeyd olunur ki, ümumiyyətlə, qaçmaq sağlamlığa əhəmiyyətli dərəcədə fayda verir.

Qan təzyiqi və damar sərtliyini azaldır. Ürək-damar xəstəliklərini zəiflədir. Əgər, orta yaşlı bir nəfər 6 ay müddətində davamlı şəkildə qaçarsa, beləliklə, dörd ilə cavanlaşa bilər. Onun zamanla pisləşən bir risk faktoru olan arterial sərtliyi aradan qalxar. Çünki yaşla birlikdə, damarlar təbii olaraq sərtləşir, qan təzyiqi artır, bu da ürəkdən qan çıxmasına mane olur - ventrikulyar yüklənmə artır.

Özünüzü qorumaq üçün ən yaxşı həll fiziki fəaliyyətdir! Qaçmaq arteriyalarda qan dövranını sürətləndirərək damarların içərisindəki hüceyrələr tərəfindən azot oksidinin və arterial sərtliyi azaldan bir maddənin istehsalına səbəb olur.

Sübut olaraq, tədqiqatçılar 2016 və 2017-ci illərdə orta hesabla 37 yaşı olan 138 sağlam britaniyalı marafonçu üzərində yoxlamalar aparıblar.

Onların sağlıq durumunun qaçışdan 6 ay əvvəl və 6 ay sonraki vəziyyəti yoxlanılıb. Bu qənaətə gəlinib ki, bu qaçış 6 ay ərzində davamlı şəkildə həyata keçirilsə, arteriyalar 4 il əvvəlki vəziyyətinə qayıda bilər.


08.01.2020 19:49
537

close
close