First slide
Qadın qızını zorlamaq istəyən ərini kəmərlə boğdu - VİDEO

Rusiyada qadın qızını zorlamaq istəyən ərini  kəmərlə boğub.

Bu barədə  “Nevskiye novosti” xəbər yayıb.

Bildirilir ki, kişi evə içkili vəziyyətdə gəlib. Sonra 16 yaşlı qızının otağına girərək onu zorlamaq istəyib. 

Qadın əvvəlcə kişini aralamağa cəhd edib. Lakin bacarmayıb. Qadın qorxduğunun başına gəlməməsi üçün cəld xalatının kəmərini  açıb kişinin boğazına dolayıb və boğmağa başlayıb.

Bu barədə  “Nevskiye novosti” xəbər yayıb.

Kişinin artıq nəfəs almadığını anlayanda isə dərhal polisə zəng edib.

Polislər artıq araşdırmaya başlayıblar. Hadisə ilə əlaqədar cinayət işi açılıb.

//oxu24.com


15.01.2020 09:04
513

Loading...
close
close