First slide
"Pulla alınan arzu" - Elşən Məmmədovdan yeni şeirlər...

Panoram.az gənc yazar Elşən Məmmədovun şeirlərini təqdim edir:


Səni yazdım suyu getmiş gözümün qarəsinə, 
Nə dəva var odu sönmüş ürəyin yarəsinə? 

Sən alıb ömrümü burdan aparırsan o yana,
Əcəlim bənddir aparsın "O"nun işarəsinə.

Nə güzəran, nə inam saxlamısan getdi ömür. 
Onu verdin deyə sən şeytanın idarəsinə. 

Bu ürək sındısa, eşqin bir həyat vəd eləməz,
Car çəkib lap çıxasan məscidin minarəsinə.

Sənin onsuz da gedib getməməyin fərq eləmir,
Sən özün get, baxaram mən başımın çarəsinə... 


******

Dünyaya uyub nakam ürək dözmədi dərdə.
 Dərd-sər dediyin olmaya kaş bir bu qədərdə..

Etməzsən əgər dərdə şükr, zikr ilə saleh
Rəhm eyləməz Allah sənə axşam da, səhər də.

Ol bəndə ki həmd eylədi qəlbdən uca Rəbbə,
Könlündə keçən hər nəyi var qalmadı yerdə. 

Gerçək ola bilmirsə bir arzun qəmə düşmə,
Yəqin uca Allah dahasın tutdu nəzərdə.

Zalım görə bilmir ki hidayət nədir onçün, 
Daş-qaşlı həyatla çəkir Allah gözə pərdə.

Seyranına göz doymayan eşqin çəkər Allah,
Qalmaz nə cəlalın, nə həyat , bircə nəfər də.

Gör ki əfi mar çalsa səni, mür-müc olarsan.
Ancaq ki şəfalar yaradıbmış o zəhərdə.

Ümman kimi rəhmindən Onun mən nə dilərdim?
 Pulla alınan arzuya aşiq də bezər də... 

Hikmət mənə ayan olub indi nədi dünya?!
Batmış gəmilər tək o da qərq oldu Xəzərdə...

       
27.02.2020 21:23
34
Loading...