First slide
Prezidentin dollarlaşma səviyyəsi barədə sualına dərhal dəqiq cavab verə bilmədilər - VİDEO

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

"Marja" xəbər verir ki, müşavirədə müzakirələr aparılıb. Aparılan müzakirələr zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edib.

Elman Rüstəmovun çıxışından sonra Prezident əmanətlərdəki dollarlaşma səviyyəsini soruşub. Mərkəzi Bankın sədri Elman Rüstəmov və iclasdakı rəsmilər Prezidentin “Dollarlaşmada ilə vəziyyət necədir?” sualına dərhal dəqiq cavab verə bilməyiblər.

Prezident İlham Əliyev: Dollarlaşma səviyyəsində vəziyyət necədir? Çünki bir neçə ilə əvvəl dollarda qoyulan əmanətlərin həcmi 80%-i ötürdü. İndi hal-hazırda vəziyyət necədir?

Elman Rüstəmov: Cənab Prezident dollarlaşma azalmaqda davam edir. Daha çox əmanətlərdə hiss olunur.

Prezident: Bəli əmanətlərdə.

Elman Rüstəmov: Bilirsiniz əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Əmanətlərdə dollarlaşama səviyyəsi daha çox - 6%-dənk aşağı düşüb. Kreditlərdə də 3%-dək.

Prezident: Faiz nisbəti nə qədərdir?

Elman Rüstəmov: Bu gün təxminən cənab Prezident....

Prezident İlham Əliyev: 55% Natiq Əmirov?

İclas iştirakçıları: 50-55%

Prezident İlham Əliyev: 55%?

Elman Rüstəmov: Cənab Prezident icazənizlə rəqəmə baxardım (qarşısındakı vərəqlərə baxmağa başlayır).

Natiq Əmirov: 63%-ə düşüb.

Elman Rüstəmov (qarşısındakı vərəqi oxuyaraq): Kreditlərin dollarlaşması 38%-dən 35%-ə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması nisbəti isə 62%-dən 54%-ə düşüb.Təxminən 12% bəndi düşüb.

https://www.facebook.com/marja.az/videos/600748873823403/


13.01.2020 23:10
606

Loading...
close
close