First slide
Prezidentə həbs olunan icra başçısı ilə bağlı sual verən aparıcı danışdı - VİDEO

"Cənab prezident mənim bu mövzu ilə bağlı sualıma çox dolğun və ətraflı cavab verdi. Bir daha bu tip məmurlara xəbərdarlıq etdi ki, bu hamıya ibraət və dərs olmalıdır".

BAKU.WS xəbər verir ki, bu sözləri Dadaş Dadaşlinskinin qonağı olan İctimai Televiziya və Radio Yayımları şirkətinin əməkdaşı Nigar Sabirqızı bildirib. 

Onun sözlərinə görə, dövlət başçısının hər bir suala cavabında mesajlar var idi:

"Görüş çox səmimi təəssürat bağışladı. Təbii ki, biz cənab prezident İlham Əliyev və Mehriban xanımın səmiliyi və sadəliyinə alışmışıq, onların əhali arasında olmaqlarına və sadəliklərinə şahid olmuşuq. Lakin insanın şəxsən o sadəlik və səmimiliyə şahid olması başqa duyğudur. Mən görüşdən çox böyük təəssüratla ayrıldım. Cənab prezidentə də bir daha media adından təşəkkürümüzü bildiririk ki, bizə bu cür vaxt ayırdı və dəyərli fikirlərini bizimlə bölüşdü.

Əslində mən deyərdim ki, dövlət başçısının hər bir suala cavabında mesajlar var idi. İstər xarici siyasətlə bağlı, istər Avropa İttifaqı ilə sazişin bağlanmamasının səbələri, eləcə də Dağlı Qarabağ münaqişəsi ilə bağlı fikirlər önəmli idi. Xüsusilə son günlərin ən çox müzakirə olunan mövzularından həbs olunan məmurlarla bağlı idi. Cənab prezident mənim bu mövzu ilə bağlı sualıma çox dolğun və ətraflı cavab verdi. Bir daha bu tip məmurlara xəbərdarlıq etdi ki, bu hamıya ibraət və dərs olmalıdır".


25.12.2019 12:08
731

Loading...