First slide
Prezident Ramiz Mehdiyevə yeni vəzifə verdi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.


Publika.az xəbər verir ki, fərmanla Komissiyanın yeni tərkibi aşağıdakı tərkibdə təsdiqlənib:


Komissiyanın sədri


Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri


Komissiyanın üzvləri


Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini


Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti


Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri


Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri


Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri


Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri


İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti


İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti


İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri



Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru


Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru


Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru


Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü


Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü


Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri


Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri


Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri


Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi


Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi


Natiq Əliyev – Xalq rəssamı


Mövlud Süleymanlı – Xalq yazıçısı.


Fərmanla “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilib və Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

24.02.2020 14:15
29
Loading...