First slide
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM

Prezident icra başçılarını işdən çıxardı 

Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

AZXEBER.COM-un məlumatına görə, Prezident İlham Əliyev dekabrın 4-də bununla bağlı sərəncam imzalayıb. 

Prezident digər sərəncamı ilə Naftalana yeni icra başçısı təyin edib.

Sərəncama əsasən, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Vüqar Novruzov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini olub.

39 yaşlı V.Novruzov Bakıda anadan olub. Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb.

Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.


04.12.2019 15:43
1384

Loading...
close
close