First slide
Prezident icra başçılarını Bakıya toplayır - Seçki ilə bağlı

Sabah Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçiriləcək.

Unikal.org-un əldə etdiyi məlumata görə, bunun üçün bütün icra başçıları Bakıya çağırılıb. Müşavirədə ötən ilin yekunları və qarşıdakı dövrdə görüləcək işlər müzakirə olunacaq.

Bundan əlavə, müşavirədə 9 fevral parlament seçkiləri ilə bağlı məsələ müzakirə olunması gözlənilir. Bildirilir ki, icra başçılarına seçkilərin ədalətli və şəffaf keçirilməsi, saxtakarlıq hallarına yol verilməməsi üçün müvafiq tapşırıq veriləcək.

02.02.2020 23:03
30
Loading...