First slide
Pensiyalar nə qədər artacaq? - Açıqlama

2019-cu ilin yanvar-oktyabr ayları üzrə orta aylıq nominal əmək haqqı 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz artaraq 614,2 manat təşkil edib.

"BakuPost" xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.

İqtisadçı bu ildən bütün növ sosial müavinətlərin inflyasiya səviyyəsinə görə indeksləşdirilməsini təklif edib:

“Orta aylıq nominal əmək haqqının illik artım tempi bu il üçün pensiyaların indeksləşdirilməsinə tətbiq olunan əmsal olduğundan onun yaxın vaxtlarda açıqlanması pensiyaların hansı səviyyədə indeksləşdiriləcəyini müəyyənləşdirməyə imkan verir. Hazırkı templərlə görsənir ki, bu ildən pensiyalar təxminən 15 faiz səviyyəsində indeksləşdirilərək artırılmalıdır. Əslində bu aydan tətbiq olunan artım gələn aydan pensiyalara əlavə olunacaq. Bu halda minimum pensiya məbləği də 200 manatdan 230 manatadək qalxa bilər.

Bundan əlavə pensiya kapitalı da ötən ilki inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. Məlumat üçün bildirim ki, 2019-cu ildə rəsmi statistik məlumatlarda Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6 faiz təşkil edib".

Ekspert ötən il Azərbaycanda inflyasıya səviyyəsi daha yüksək olduğunu ehtimal etdiyini bildirib:

"Amma istənilən halda təklif edirəm ki, ünvanlı sosial yardım istisna olmaqla, ödənilən bütün növ sosial müavinətlər də inflyasiya səviyyəsində indeksləşdirilsin”.


19.01.2020 19:39
100
Loading...