First slide
Pensiyalar bu qədər ARTACAQ - SADƏ İZAH

2021-ci ildə də pensiyaların indeksləşdirmə dərəcəsi yüksək olacaq.

 

Sfera.az bildirir ki, hər il pensiyalar orta əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. 2019-cu ildə orta əmək haqqı 634,8 manat olub. 2020-ci ilin yanvar-noyabr dövründə orta maaş 703,5 manat idi.

 

Makroiqtisadi proqnozlara əsasən 2020-ci ilin sonunda orta aylıq əmək haqqı 702 manat təşkil edəcək. Bu halda orta əmək haqqı 10,58 faiz artdığından pensiyalar da bir o qədər artırılacaq.

 

Xatırladaq ki, 2020-ci ildə orta əmək haqqının artım sürətinə uyğun olaraq pensiyalar 16,6 faiz artırılmışdı.

18.01.2021 16:15
9636
Loading...