First slide
Pensiyaçılara ŞAD XƏBƏR

Oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib. 

O qeyd edib ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də oktyabr ayının pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsi ilə bankomatlardan əldə edə bilərlər. 

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları bu ayın 9-da ödənilib.

16.10.2020 09:54
1570

Loading...
close
close