First slide
Pakistanda fövqəladə vəziyyət elan olundu

Pakistanda səhra çəyirtkələrinin kütləvi yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub.

Ölkə son 20 ilin ən böyük çəyirtkə “hücumu” ilə qarşılaşıb. Çəyirtkələrin qarşısını almaq üçün hökumətin imkanları məhduddur.

Pakistanın İnformasiya naziri Firdus Amik Avan deyib ki, zərərvericilərin çoxalması kənd təsərrüfatına böyük zərər vurur.

Xatırladaq ki, ötən il Pakistana İran ərazisindən keçən çəyirtkələr ölkənin cənub-qərb rayonlarındakı pambıq tarlalarına, buğda və qarğıdalı zəmilərinə böyük ziyan vurub. (Axar.az)


02.02.2020 21:15
85
Loading...