First slide
Övladlıq olduğunu öyrənən gənc özünü güllələmək istədi - VİDEO

Türkiyənin Samsun şəhərində gənc intihar etmək istəyib.

“HaberGlobal”ın məlumatına görə, hadisə Atakum rayonunda baş verib.

20 yaşlı A. D. valideynləri bildiyi adamların onu övladlığa götürdüyünü öyrənib.

Eyni zamanda, hərbi məktəbdən çıxarılan gənc “məni həyata bağlayan heç nə yoxdur”, - deyərək, özünü öldürməyə cəhd edən zaman ətrafdakı insanlar buna mane olublar.

Əraziyə çağırılan polislər onun silahını alaraq xəstəxanaya aparıblar.

Hadisə ilə bağlı araşdırma başlayıb.

//oxu.az

15.01.2020 09:26
5