First slide
“Oskar”a namizədlərin adları açıqlandı

ABŞ-ın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası növbəti “Oskar” mükafatına namizədlərini açıqlayıb.

BAKU.WS-in məlumatına görə, film dərəcəsində namizədlər arasında “İrlandiyalı”, ”Ford” “Ferrari”yə qarşı”, “Joker”, “Dovşan Coco”, “Balaca qadınlar”, “Evlilik hekayəsi”, “1917”, “Bir gün …Hollivudda”, “Parazitlər” yer alıb.

Mükafata kişi aktyorlar arasında Antonio Banderas (“Acı və Şöhrət” filmində), Leonardo Di Kaprio (“Bir gün …Hollivudda”), Joakin Feniks (“Joker”), Adam Driver (“Evlilik hekayəsi”), Conatan Prays (“İki Papa”), qadın aktyorlar arasında Skarlett Yohansson (“Evlilik hekayəsi”), Sinti Erivo (“Harriet”), Sirşa Ronan (“Balaca qadınlar”), Şarliz Teron (“Sürpriz”), Rene Zellveger (“Cudi”), rejissorlardan isə Quentin Tarantino (“Bir gün …Hollivudda”), Martin Skorseze (“İrlandiyalı”), Todd Filips (“Joker”), Sam Mendez (“1917”), Bonq Cun-ho (“Parazitlər”) namizəd göstərilib.

Qeyd edək ki, sayca 92-ci “Oskar” mükafatlarının təqdimat mərasimi fevralın 9-da ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.

13.01.2020 22:59
423

close
close