First slide
Oqtay Əsədov infarkt keçirib? - AÇIQLAMA

Milli Məclisin Mətbuat xidməti spiker Oqtay Əsədovun səhhəti ilə bağlı yayılan məlumatları təkzib edib.

Metbuat.az xəbər verir ki, Mətbuat xidmətindən verilən məlumatda deyilir: "Fevralın 9-da “Turan” informasiya agentliyi xəbər verib ki, guya Milli Məclisin Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Milli Məclisin Mətbuat xidməti bildirir ki, bu xəbər həqiqətə uyğun deyil. Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".

09.02.2020 21:08
31
Loading...