First slide
"On il övladımız olmadı, qarşıdan yanında uşaq olan ailə gələndə..."- Tanınmış bəstəkardan DUYĞUSAL ETİRAF

Əməkdar mədəniyyət işçisi, tanınmış bəstəkar Rauf Məmmədov qonaq olduğu "Ona qalsa" verilişində şəxsi həyatıyla bağlı maraqlı açıqlamalar verib.


"Ölkə.Az"-ın məlumatına görə, R.Məmmədov ailə qurduqdan on il sonra övladının dünyaya gəldiyini bildirib:


"Bir uşağım çox körpə ikən vəfat etdi. Bu da Allahın iradəsi, istəyidir. Bəlkə də mən o övladımın üzünü görsəydim, yaxud 16-17 yaşında vəfat etsəydi, mənə daha çətin olardı. Düz on il övladımız olmayıb. Özüm də tək uşaq olmuşam deyə, valideynlərin xiffət çəkirdilər. Elə olurdu ki, həyat yoldaşımla harasa gedəndə qarşı tərəfdən yanında uşaq olan ailə gələndə yolumuzu dəyişirdim ki, xanımın pis olmasın".


R.Məmmədov iki ildir ibadət etdiyini də diqqətə çatdırıb:


"Mən Allahı 59 yaşımda dərk etmişəm. O vaxta qədər də kim olduğumu bilirdim, Allahımı tanıyırdım. Amma xüsusən son iki ildə Allahımı dərk etdim".

29.01.2020 14:06
19
Loading...