First slide
Oğul itini döydüyü üçün atasını güllələyib öldürdü

Türkiyənin Balıkesir şəhərində 20 yaşlı gənc itini döydüyü üçün atasını tüfənglə vuraraq öldürüb.

Batuhan adlı 20 yaşlı gənc evdə olan ov tüfəngi ilə mətbəxdə yemək yeyən atasına iki atəş açıb.

Hadisə yerinə gələn təcili tibbi yardım xidməti 40 yaşlı atanın öldüyünü müəyyənləşdirib. Oğlanın anası isə əsəb gərginliyi keçirib.

Polisə şəxsən təslim olan Batuhan ilk ifadəsində atası ilə tez-tez mübahisə etdiyini, hadisədən əvvəl isə onunla itini döydüyü üçün dalaşdıqlarını deyib.

//oxu.az

12.01.2020 21:45
429

close
close