First slide
"Nissan"ın rəhbəri ölkədən yeşikdə qaçdı

"Renault-Nissan-Mitsubishi" alyansının keçmiş rəhbəri Karls Qon Yaponiyadan Livana yeşikdə uçub.

Panoram.Az-ın Sonxeber.az-a istinadən verdiyi xəbərə görə, Qon fırıldaqçılıqda ittiham edilir.

Bildirilir ki, Qon İstanbula, oradan da Beyruta uçub. Livana uçan təyyarəyə Qonu yeşikdə aparıblar. Türkiyə hüquq-mühafizə orqanları məsələ ilə bağlı 7 nəfəri həbs ediblər.

Onlardan dördü pilotdur.

Qeyd edək ki, Qon 2018-ci ilin noyabrında saxlanılmışdı. O, 80 milyon dollarlıq gəliri gizlətməkdə ittiham edilirdi.


03.01.2020 11:59
372
Loading...