First slide
Niderlandlı futbolçu: “Fərqli bir seçim etmək axmaqlıq olardı”

“Barselona”nın niderlandlı futbolçusu Frenki de Yonq komanda yoldaşı Lionel Messi barədə düşüncələrini bölüşüb.

24 yaşlı futbolçunun fikirlərini NU.nl portalı dərc edib.

Frenki de Yonq hesab edir ki, argentinalı ulduz futbolçu “Barselona”da xoşbəxtdir.

“Mən həqiqətən ümid edirəm ki, o, klubda qalacaq və bizə kömək edəcək. Messi hələ də dünyanın ən yaxşı futbolçusu olaraq qalır. Onunla oynamaq xüsusi bir işdir. Mənim 12 yaşım olanda o artıq dünyanın ən yaxşısı idi. Onu böyük hörmətlə izləyirdim. Messi yaxud başqa bir futbolçu ilə oynamaq arasında seçim etməli olsaydım, istənilən halda Messini seçərdim. Fərqli bir seçim etmək axmaqlıq olardı. O, tarixin ən yaxşı futbolçusudur”, - yarımmüdafiəçi vurğulayıb.

Xatırladaq ki, L. Messinin “Barselona” ilə müqaviləsi 30 iyun 2021-ci il tarixində bitir.

02.06.2021 08:52
3996
Loading...