First slide
Neymar Braziliya millisindən kənarlaşdırıldı

Fransa PSJ-sinin futbolçusu Neymar Braziliya millisinin oyunlarında iştirak edə bilməyəcək.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun Türkiyə "Başakşehir"i ilə matçında (2:0) bud əzələsi zədələnən 28 yaşlı hücumçu noyabrın ikinci yarısında sıraya dönəcək.

Təcrübəli oyunçu bu səbəbdən, millinin DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla keçirəcəyi qarşılaşmaları buraxacaq. O, artıq yığmanın heyətindən çıxarılıb.

Qeyd edək ki, Braziliya noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq.

13.11.2020 11:04
166
Loading...