First slide
Neftin qiyməti kəskin düşdü: Azərbaycanı nə gözləyir?

Neftin qiymətində rekord həddə ucuzlaşma baş verib. Ötən ilin avqustundan bu yana ilk dəfə olaraq Brent neftin 1 bareli  54.15 dollara düşüb. 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Yenisabah.az-a bildirib ki, neftin ucuzlaşması Çində yayılan koronavirusla bağlıdır. 

“Çində koronavirusun əhatə dairəsi genişlənir. Bu səbəbdən fabriklərin, zavodların fəaliyyəti dayandırlır. Çin dünyanın sənaye nöqtəsidir. Amma indi koronavirus amilinə görə istehsal getdikcə azalır. Bundan başqa, Çindən uçuşlar məhdudlaşdırlıb. Beləliklə, Çinin enerjiyə olan tələbatı azalıb. Bu isə neftin qiymətin təsirsiz ötüşməyə bilməz.

Nəticə etibarilə ABŞ-ın nüfuzlu bankı olan “Citibank” xəbərdarlıq etmişdi ki, neftə olan tələbat gündəlik 200 min barel azala bilər. “Bloomberg” isə xəbər vermişdi ki, təkcə Çində neftə tələbat 3 milyon barel azalıb. Bütün bunlar neftin ucuzlaşmasına gətirib çıxardı”, - deyə ekspert bildirib.

İlham Şaban əlavə edib ki, neftin ucuzlaşmasını şərtləndirən amillərdən biri də cari il üçün dünya iqtisadiyyatının inkişaf templəri ilə bağlı pessimist xəbərlərin yayılmasıdır. “Eenerjiyə tələbatın artması üçün ürəkaçan xəbərlər yoxdur. Bazarda təklif tələbi üstələyib. Bu baxımdan, OPEC+ ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsi martda keçirilməli olan görüşü fevralın ortasına çəkmək niyyətindədir ki, bazarlardakı vəziyyəti müzakirə edərək lazımi qərarlar qəbul etsin.

Belə iddialar səsləndirilir ki, hasilatın daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul edilə bilər. Lakin bu şayiədən başqa bir şey deyil. Fakt odur ki, hazırda bazara təsir edəcək pozitiv xəbər yoxdur. Hətta Kral Salmanın Rusiya prezidenti ilə danışığı belə, bazar üçün nikbin notlar verə bilmədi”, - deyə ekspert vurğulayıb.


04.02.2020 20:16
23
Loading...