First slide
Nə üçün çox xurma yemək olmaz? - Bilmədiyiniz TƏHLÜKƏ

Xurma ən faydalı meyvələrdən biri sayılır. Xurma ürəyin sağlamlığını qoruyur, xolesterinin səviyyəsini aşağı salır, orqanizmi lazım olan vitamin və minerallarla təmin edir.

Lakin bütün bu faydalı xüsusiyyətlə yanaşı xurmanın çoxlu miqdarda istehlakı bəzən çox ağır fəsadlara səbəb ola bilər.

Panoram.az saglamolun.az-a istinadən bildirir ki, xurma güclü büzücü təsirə malik olan tanin maddəsi ilə zəngindir. Tanin mədə və bağırsaqlarda qidalı liflərlə birləşəndə bərk kütlə əmələ gəlir. Əgər birdən birə çoxlu miqdarda xurma yeyən insanın mədə-bağırsaq sisteminin  motorikası zəifdirsə, mədə şirəsinin turşuluğu aşağıdırsa, həzm sistemi xəstəliyi varsa, belə kütlə mədə və ya bağırsaqda "ilişə" bilər, bağırsaq keçməməzliyi yarana bilər. Tibdə buna "fitobezoar" deyilir. Bu kifayət qədər təhlükəli vəziyətdir  ki, onu əksər hallarda cərrahi yolu ilə müalicə edirlər - bağırsaq kəsilir və bezoar oradan çıxarılır.

Bu səbəbdən mütəxəssislər xurmanı yeməkdən dərhal sonra deyil, yeməklər arası yeməyi, gün ərzində 1-2 xurmadan artıq yeməməyi tövsiyə edirlər. Həmçinin xurmadan sonra süd, qatıq, yoqurt və s. zülallarla zəngin olan məhsulları yemək olmaz ki, bu halda bezoarın əmələ gəlməsi riski artır.

13.01.2020 21:25
559

Loading...
close
close