First slide
Nazirlər Kabinetindən Azərbaycanda koronavirus açıqlaması - XƏBƏR DOĞRUDUR


Azərbaycanda ilk koronavirusa yoluxma faktı təsdiqlənib.


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmədov Modern.az-a açıqlamasında Azərbaycanda koronavirusa yoluxma faktını təsdiqləyib.


O bildirib ki, rəsmi qurumlar tərəfindən bütün zəruri tədbilər görülür:



“Mütəmadi olaraq vətəndaşlara məlumatlar veriləcək”.


İ.Məmmədov bir az əvvəl Operativ Qərargahdan Modern.az-a verilən təkzib xəbərinin yanlışlıq olduğunu deyib.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova Modern.az-a açıqlamasında faktı təsdiqləyib, insanlara diqqətli olmağı tövsiyə edib.

28.02.2020 16:05
31
Loading...