First slide
Nazir Balakişi Əhmədovu İŞDƏN ÇIXARDI (Foto)

DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı  Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, B.Əhmədov təqaüdə göndərilib. Onun yerinə hələki təyinat yoxdur.

Xəbəri DİN Baş DYP İdarəsindən Unikal.org-a təsdiqləyiblər.


07.01.2020 17:50
6