First slide
Müsəlman ölkəsində qətliam: İbadət edənlər güllələndi

Yəmənin Abyan vilayətindəki məsciddə qətliam törədilib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, silahlının ibadət zamanı insanlara atəş açması nəticəsində azı 6 nəfər həyatını itirib. 10-a qədər yaralı var. Məlumata görə, ölənlər arasında hadisəni törədən şəxsin atası da var.

Polisin əməliyyatı nəticəsində silahlı nəzarətə götürülüb. Onun psixi problemləri olduğu deyilir. Bu üzdən hadisə terror aktı kimi dəyərləndirilmir.


14.01.2020 23:16
469

Loading...
close
close