First slide
MÜHARİBƏ BAŞLADI: Rusiya bombaladı, Türkiyə iki şəhid verdi

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada keçirilən hərbi əməliyyatlarla bağlı məlumat yayıb.

Oxu24.com-un Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, 5 əsgər yaralanıb.

Suriyanın şimalında, İdlib vilayətində Türkiyə ordusunun 2 əsgəri şəhid olub.

Bu arada, Rusiyanın “Su-24” qırıcı təyyarələri Suriyanın İdlib vilayətini bombalayıb. Bu barədə Suriyadakı münaqişə tərəflərini barışdıran Rusiya Mərkəzi məlumat yayıb.

Məlumatda Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus “Su-24” qırıcı təyyarələrinin İdlibdə terrorçuların mövqelərinə zərbələr endirdiyi bildirilib.

Qeyd olunub ki, Rusiyanın bu mövqeləri bombalaması Suriya ordusuna hücumları dəf etməyə imkan verib.

Məlumatda o da vurğulanıb ki, aviazərbələr nəticəsində terrorçuların 6 zirehli və 5 ədəd pikap avtomobili məhv edilib.

       
22.02.2020 09:54
39
Loading...