First slide
"MuğanBank"da müştəri bıçaqla mühafizəçinin ağzını kəsdi - YENİLƏNİB

"MuğanBank" ASC-nin baş ofisində baş verən insidentin detalları məlum olub.

BAKU.WS-in məlumatına görə, hadisə parkinq yerinə görə baş verib. Bankın müştərisi avtomobilini bankın sədrinin maşını üçün nəzərdə tutulan yerdə saxlayıb. Bu zaman mühafizəçi müştəriyə yaxınlaşaraq maşını yerindən çəkməyi tələb edib.

Müştəri ilə mühafizəçi mübahisə etməyə və bir-birlərinə nalayiq ifadələr səsləndirməyə başlayıblar.

Sonda isə müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib. 

***12:50

"MuğanBank" ASC-nin baş ofisində insident baş verib. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, müştəri ilə bankın mühafizəçisi arasında mübahisə yaranıb.

Daha sonra müştəri bıçaq çəkərək mühafizəçinin ağzını kəsib. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.  


03.02.2020 13:21
301

Loading...